Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turniri start götürüb. SİA-nın məlumatına görə, yarışda Azərbaycan yığma komandasının 2 üzvü - Olqa İsmayılova və Nicat Niftəliyev də mübarizə aparır.
İlk yarış günü 500 metr məsafəyə sprint növündə mübarizə aparan Olqa İsmayılova bütün rəqiblərindən üstün olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə rusiyalı Yelena Brejnevanı qabaqlayıb və sürətini 51.45 km/saata çatdırmaqla finişi 34.985 saniyəyə keçib. Turnirə sabah yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB