Bu gün Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı "Porec Trophy" yürüşü keçiriləcək. SİA-nın məlumatına görə, yarışda Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" da mübarizə aparacaq.
Birgünlük yarışda iştirakçılar 143 km məsafə qət edəcəklər.
Qeyd edək ki, ötənilki "Porec Trophy" turnirinin qalibi, Azərbaycanın Elit yığması və "Synergy Baku"nun üzvü Maksim Averin də bugünkü yarışda mübarizə aparmaqla titulunu qorumağa çalışacaq. Ona İsmayıl İlyasov, Markus Eybeger, Yannis Tamuridis və Dennis van Vinden yardım edəcək.
"Porec Trophy" turnirinin də Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verdiyini nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini söyləmək olar. Qeyd edək ki, Maksim Averin bunadək "İzola" Qran-Prisində 5-ci olmaqla 10, "Umag Trophy" yürüşündə isə 2-ci olmaqla 30 lisenziya xalı qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB