Gimnastlarımız açıq Azərbaycan çempionatında uğurlu nəticələr qazanıblar FOTOLAR
Milli Gimnastika Arenasında "Bakı-2015" Avropa Oyunlarına test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı idmançılarımızın uğurlu çıxışları ilə yadda qalıb. SİA-nın məlumatına görə, bədii gimnastika üzrə milli komandamızın lideri Marina Durunda hesabına 1 qızıl, 3 gümüş və 1 bürünc medal yazıb. Digər bədii gimnastımız Gülsüm Şəfizadə isə iki bürünc medala layiq görülüb. Gimnastlarımız Mariya Smirnova və Kristina Pravdina da qızıl medallar əldə ediblər.
Kişilər arasında yarışlarda komandamızın təmsilçisi Oleq Stepko 5 medal qazanıb. Petro Parnyukun hesabında isə iki gümüş medal var.
Azərbaycan gimnastları komanda hesabında 5 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
Qeyd edək ki, gimnastikanın 6 növü üzrə keçirilən açıq Azərbaycan çempionatı "Bakı-2015" Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB