"İnter" PİK-in prezidenti azarkeşlərlə görüşüb

"İnter" PİK-in prezidenti azarkeşlərlə görüşüb

"İnter" PİK-in prezidenti Georgi Nikolov "İnter" Azarkeş Klubunun üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, "İnter Arena" stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə G. Nikolov "İnter" komandasına göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib. Azarkeş klubları arasında münasibətlərin normal saxlanılmasının əhəmiyyətinə toxunan klub prezidenti əlavə edib ki, "İnter" fanatları oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməlidirlər. "İnter" fanatlarının indiyədək ciddi insidentlərə yol vermədiklərini alqışlayan G. Nikolov belə xoş tendensiyanın bundan sonra da müşahidə ediləcəyinə əmin olduğunu vurğulayəb.

Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə