Karateçilərimiz uğur qazandılar YÜKSƏK NƏTİCƏ

Karateçilərimiz uğur qazandılar YÜKSƏK NƏTİCƏ

Azərbaycan Qocyu-Ryu Okinava Karate Do və Kobuda Federasiyası, eləcə də, İKO Matsuşima Karate Təşkilatının Azərbaycan üzrə yığma komandası növbəti dəfə uğurlu çıxışla yadda qalıb. Federasiyadan SİA-ya daxil olan məlumata görə, bu dəfə azərbaycanlı karateçilər Moskvada keçirilən Avropa çempionatında öz güclərini sərgiləyiblər. Yarış komandamız üçün uğurlu nəticələnib. Belə ki, 5-i qızıl, 2-i gümüş, 1-i bülünc olmaqla 8 medal qazanan idmançılarımızdan ən yaxşı nəticə göstərənləri Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya çempionatına da lisenziya qazanıblar. Qızıl medala yiyələnən Coşqun Əhmədov, Vidadi Xəlilov, Rza Mustafayev, Əli Əliyev və Günay Əliyeva Azərbaycanın şərəfini cari ilin iyulunda keçiriləcək Dünya çempionatında qoruyacaqlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə