Ötən il olduğu kimi bu il də Azərbaycan Peyntbol Federasiyası (APF) yalnız dövlət orqanları, hüquq - mühafizə orqanları və silahlı qüvvələrlə əməkdaşlıq edəcək. SİA-nın məlumatına görə, bu barədə APF məlumat yayıb. Məlumatda qeyd olunur ki, gənclərin hərbi vətənpərvərlik sahəsində formalaşdırılması məqəsdi ilə federasiya öz fəaliyyətini Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi (GİN), dövlət, hüquq mühafizə orqanları və silahlı qüvvələrlə koordinasiya formasında həyata keçirəcək.
GİN və APF tərəfindən tanınmayan, kommersiya məqsədi ilə fəaliyyət göstərən, heç bir peyntbol zonaları ilə bu il də əməkdaşlıq edilməyəcək: "GİN və APF ilə fəaliyyəti razılaşdırılmayan kommersiya tipli peyntbol zonalarının fəaliyyəti tərəfimizdən təqdir edilmir və dəstəklənmir. Federasiya GİN və o cümlədən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən təsdiq edilmiş rəsmi təqvim planına əsasən fəaliyyətini dövlət orqanları ilə koordinasiya şəkilində quracaq. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən heç bir peyntbol zonası Azərbaycan Respublikası Peyntbol Federasiaysının adından istifadə edə bilməz, federasiyanın bayrağını ərazisində asa bilməz, adından danışa bilməz. Heç bir peyntbol zonasına federasiya tərəfindən heç bir status verilməyib. Klubların rəsmi fəaliyyəti yalnız və yalnız qanunvericlikdə nəzərdə tutulmuş qaydada GİN və APF tərəfindən razılaşdırldığı halda mükündür. Peyntbol idman növü üzrə istənilən tədbirin keçirilməsi GİN, BŞGİBİ və APF tərəfindən birgə razılaşdırlaraq qəbul edilmiş və rəsmən təsdiqlənmiş rəsmi əsasnamə əsasında mümkündür. Federasiya peyntbol zonaları tərəfindən hər hansı bir tədbirin keçirilməsini qadağan edir və bu sahədə ictimaiyyətin də mövqeyinə etimad ifadə edir. Eyni zamanda, hazırda fərdi şəxslər tərəfindən kommersiya məqəsdi ilə fəaliyyət göstərən və APF tərəfindən tanınmayan bütün peyntbol zonalarına fəaliyyətlərini ərazi üzrə müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələndirmək tövsiyyə olunur.
Hər hansı bir peyntbol zonasının federasiyanın adından sui istifadə etdiyi halda bu barədə APF-yə məlumat verməyinizi xahiş edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə