AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasdan sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı təşkil olunub. AFFA prezidenti konfransda əsasən federasiyanın gördüyü işlər barədə danışıldığını, 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı limitin müzakirə olunduğunu qeyd edib: "Qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısını almaq, klublara kömək üçün 21 yaşlı futbolçuların maaşına limit qoyduq. 21 yaşlı futbolçular ildə maksimum 30 min, 23 yaşlı futbolçular isə 50 min qazana bilər. Həmin futbolçular milli komandanın üzvüdürlərsə, klub maaşlarını 50 faiz artıra bilər".
Onun sözlərinə görə, iclasda qəbul olunan ikinci qərar gələn il çempionatın oyunlarının yayımı üçün tender keçirilməsidir: "Tenderdə qalib gələn qurum yayımı həyata keçirəcək və gəlir klublar arasında hələ ki, eyni bölünəcək. Gələcəkdə yayım haqqı klubların reytinqinə görə müəyyənləşəcək. Əgər heç bir kanal çempionatın yayım hüququnu ala bilməsə, biz bu hüququ pulsuz olaraq, AzTV-yə verəcəyik".
O, legioner limiti barədə müzakirələr aparıldığını, limitin dəyişilmədiyini deyib.
Çempionatda komandaların sayının 10 olaraq qalacağını deyən AFFA prezidenti, iki komandanın yarışı tərk edəcəyini, əvəzinə ikisinin gələcəyini bildirib.
R. Abdullayev Klublar Komitəsinin yaradılması barədə də danışıb: "Peşəkar Futbol Liqası (PFL) hüquqi qurumdur. PFL çempionatı idarə edir. Klublar Komitəsi isə ayrı qurumdur. Klubları bir araya yığdıq ki, istəklərini bizə çatdırsınlar.
O, "Bakı" klubunda bu mövsüm üçün problem olmadığını vurğulayıb: "Bakı" bizə bank zəmanəti təqdim etmişdi. Biz o ödənişləri bankdan alıb, kluba ödədik. Klubun bu mövsümlə bağlı heç bir problemi yoxdur. Gələcəkdə necə olacaqsa, o sonranın işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB