Müxtəlif döyüş növlərini təmsil edən Azərbaycanın ən güclü idmançılarının iştirakı ilə "Sərhədçi" açıq çempionatı keçiriləcək. Yarış "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Çempionatda uşu, kunq-fu və şaolin idman növləri üzrə dünya və Avropa çempionları mübarizə aparacaq. Yarışda sözügedən idman növləri üzrə döyüşən idmançılar arasıda güclülərin güclüsü müəyyənləşəcək. Çempionatda Sərhəd Qoşunlarının zabiti, Əməkdar məşqçi, kikboksinq üzrə dünya çempionu Fuad Zeynalov da iştirak edəcək. 90 kq çəki dərəcəsində çıxış edəcək F. Zeynalov SİA-ya açıqlmasında yarışa ciddi hazırlaşdığını qeyd edib: "Bu yarışda ən güclü idmançılar iştirak edəcəklər. Çempionata ciddi hazırlaşmışam. Əsas məqsədim birinci olmaqdır. Özümü növbəti dəfə təsdiq etmək istəyirəm".
Qeyd edək ki, yarış martın 7-də keçiriləcək və final döyüşləri televizya vasitəsi ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB