Bu gün ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur. SİA-nın məlumatına görə, bayramla əlaqədar gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev, gənc, veteran idmançılar və idman ictimaiyyətinin çoxsaylı nümayəndələri Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
İdman ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidləri ziyarət edib, əbədi məşəl abidəsi önünə çiçək dəstələri qoyublar.
Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Şəhidlər Xiyabanının önündən bayram veloyürüşü başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB