İsraildə keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatında 5-ci turun oyunları yekunlaşıb. SİA-nın məlumatına görə, 33 ölkədən 250 şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı Rauf Məmmədov, Nicat Abbasov və Vüqar Rəsulov təmsil edirlər.
5-ci turda Rauf Məmmədov Polşa şahmatçısı Daniel Sadzikovski, Vüqar Rəsulov isə İsrail təmsilçisi Konstantin Zalkind üzərində qələbə qazanıb. Nicat Abasov isə Çexiya nümayəndəsi Viktor Laznicka ilə sülh bağlayıb.
5 turdan sonra Rauf Məmmədov 3.5 xalla 17-59-cu yerləri bölüşdürür. Nicat Abasov və Vüqar Rəsulov 3 xal toplayıblar. Turnirin lideri 5 oyundan aktivinə 4.5 xal yazan ukraynalı Anton Korobovdur.
Qeyd edək ki, çempionat İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB