Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, biletləri Tofiq Bəhramov adına Respublika stadionunu və "Bakcell Arena"nın kassaları, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB