Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunda Azərbaycanın "Baku Fires" klubu səfərdə Argentinanın "Argentina Condors" komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, "Baku Fires" cari mövsümdə ilk dəfə səfər qarşılaşmasında qələbə qazanıb - 1:4.
Döyüşlərin nəticələri:
"Argentina Condors" - "Baku Fires" 1:4
49 kq. Leandro Zarate – Məhəmməd İbiyev – 3:0 (49:46, 49:46, 49:46).
56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov - 0:3 (46: 49, 45:50, 45:50).
64 kq. Leandro Amitrano – Heybətulla Hacəliyev – 0:3 (45:50, 45:50, 43:50).
75 kq. Alberto Lebenstajn – Nikolay Veselov – 0:2 (47:48, 46:49, 45:50).
91 kq. Daniel Blanş – Abdulqadir Abdullayev – 0:3 (41:50, 44:50, 43:50).
"B" qrupunda digər nəticələrə gəlincə, "Astana Arlans" doğma divarlar arasında "İtalia Thunder " komandasını 3:2 hesabı ilə məğlub edib. "Puerto Riko Hurricanes" klubu USA "Knockouts" üzərində 3:2 hesabı ilə qələbə qazanıb. "Rafako Hussars Poland" isə səfərdə "Caciques Venezuela" komandasına 2:3 hesabı ilə uduzub.
Turnir cədvəli:
- Astana Arlans - 21 xal, döyüşlərin fərqi (29-6)
- USA Knockouts - 16, (20-15)
- Baku Fires - 14, (22-13)
- İtalia Thunder - 13, (19-15)
- Puerto Riko Hurricanes - 11, (14-21)
- Caciques Venezuela - 10, (14-21)
- Rafako Hussars Poland - 7, (14-21)
- Argentina Condors - 1, (7-27)
"Baku Fires" növbəti görüşünü martın 7-də Milanda "İtalia Thunder"ə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB