Fevralın 28-də "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialında Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş karatenin WKS növü üzrə açıq şəhər birinciliyinə yekun vurulub.
Filialın direktoru Xəyal Hacızadə deyib ki, yeniyetmə və gənclər arasında keçirilən yarışda müxtəlif çəki dərəcələrində 150-dən çox idmançı iştirak edib. Daha fəal döyüş nümayiş etdirən "Təhsil" İdman Mərkəzi Gəncə filialının karateçiləri komanda hesabında birinci yeri tutaraq turnirin kubokuna sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB