Karate turniri başa çatıb

28 Fevral 2015 18:18 (UTC+04:00)

Fevralın 28-də "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialında Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş karatenin WKS növü üzrə açıq şəhər birinciliyinə yekun vurulub.

Filialın direktoru Xəyal Hacızadə deyib ki, yeniyetmə və gənclər arasında keçirilən yarışda müxtəlif çəki dərəcələrində 150-dən çox idmançı iştirak edib. Daha fəal döyüş nümayiş etdirən "Təhsil" İdman Mərkəzi Gəncə filialının karateçiləri komanda hesabında birinci yeri tutaraq turnirin kubokuna sahib olublar.