Nikolas Kanales: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

Nikolas Kanales: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

"Neftçi" PFK-nın futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"la keçiriləcək oyun barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, çilili hücumçu oyunun gərgin keçəcəyini qeyd edib: "Çətin oyun olacaq. Çünki səfərdə oynayacağıq. Bundan başqa, "Sumqayıt" gənc futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Üç xal qazanmaq bizim üçün çox vacibdir. Şadam ki, AZAL-la təxirə salınmış oyunda fərqləndim. Qolların davamını gətirməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə