“Argentina Condors” - “Baku Fires”: heyətlər açıqlandı

Fevralın 28-də Argentinada Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turu çərçivəsində yerli "Argentina Condors" klubu "Baku Fires"i qəbul edəcək. SİA-nın məlumatına görə, komandaların heyətləri artıq məlumdur:

"Argentina Condors" - "Baku Fires"

49 kq. Leandro Zarate – Məhəmməd İbiyev

56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov

64 kq. Leandro Amitrano - Heybətulla Hacəliyev

75 kq. Alberto Lebenstajn – Nikolay Veselov

91 kq. Daniel Blanş - Abdulqadir Abdullayev

İbiyevin rəqibi olacaq 26 yaşlı Zarate 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçısı olub. Təcrübəli boksçu 2007-ci ildə Çikaqoda təşkil olunan mundialda da mübarizə aparıb.

Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmağa çalışan Hacəliyev əvəllər peşəkar rinqdə çıxış edən Amitrano ilə üz-üzə gələcək. Qeyd edək ki, milli komandamızın üzvü hazırda reytinqdə 5-ci yerdədir.

Fərdi reytinqdə 5-ci olan Abdulqadir Abdullayev üçün də bu görüş böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Argentina komandasının yalnız bir üzvü - İqnasio Palmetta (69 kq) reytinqdə 5-cidir.

"Argentina Condors" 1 xalla qrupda sonuncu yeri tutur. Komanda son görüşdə səfərdə "Astana Arlans"a 0:5 hesabı ilə uduzub. Cənubi amerikalılar bu heyətlə Venesuelada yerli komandaya 1:4 hesabı ilə məğlub olublar.

Bu həftə B qrupunda "Astana Arlans" "İtalia Thunder"i, "Puerto Rico Hurricanes" USA "Knockouts"u, "Caciques Venezuela" isə "Rafako Hussars Poland"ı qəbul edəcək.

Turnir cədvəli

  1. "Astana Arlans" - 18 xal, (döyüşlərin nəticələri 26-4)
  2. USA "Knockouts" - 15, (18-12)
  3. "İtalia Thunder" - 12, (17-12)
  4. "Baku Fires" - 11, (18-12)
  5. "Puerto Riko Hurricanes" - 8, (11-19)
  6. "Venezuela Cacquez"- 7, (11-19)
  7. "Rafako Hussars Poland" - 6, (12- 18)
  8. "Argentina Condors" - 1, (6-23)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...