"Neftçi"nin futbolçusu Kaue da Silva "Sumqayıt" klubu ilə oyunöncəsi açıqlama verib. SİA-nın məlumatına görə, o, "Neftçi"nin hər oyuna qələbə üçün çıxdığını deyib: "Sumqayıt"la matçda bizi yalnız 3 xal qane edir. Fikrimcə, maraqlı və gərgin oyun olacaq. Rəqib komanda son 5 turda məğlub olmayıb. Müdafiədə və əks hücumlarda inamlı təsir bağışlayırlar. Qətiyyən arxayınlaşmaq olmaz. Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq. Çempionluq uğrunda mübarizədə "Qarabağ" böyük üstünlük qazanıb. Amma bu o demək deyil ki, biz ruhdan düşməliyik. Aradakı xal fərqini azaltmağa çalışmalıyıq. Əvvəldən proqnoz vermək yanlış olar. Biz son ana qədər yalnız yüksək yerlər üçün oynayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB