"İnter"də yeni məşqçi

Məlum olduğu kimi, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze mövsümün sonunadək, eyni zamanda Gürcüstan millisini çalışdıracaq. SİA-nın məlumatına görə, bu səbəbdən klubun texniki heyəti əlavə köməkçi məşqçi Marino Pusiclə gücləndiriləcək.

Marino Pusic 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, "Red Star" (Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "FC Köln" (Almaniya), "De Graafschap" (Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) klublarında və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb. O, 2013-cü ildə UEFA Pro lisenziyasını alıb. Mütəxəssis həmin il iyulun 1-dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

"İnter" komandasının idman direktoru Roland Vroomans Marino Pusic haqqında belə deyib: "Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda, komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə