"Beşiktaş" Avropa Liqasının 1/8 finalına yüksəlib

"Beşiktaş" klubu Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda öz meydanında "Liverpul"u qəbul edib. SİA-nın məlumatına görə, oyunun əsas hissəsində Türkiyə təmsilçisi rəqibinin qapısından 1 cavabsız qol keçirsə də, ilk qarşılaşmanın nəticəsinə görə, qalib penaltilərlə müəyyənləşib. Penaltilər seriyasında isə "Beşiktaş" 5:4 hesabı ilə qalib gəlib və 1/8 finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə