Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki U-21 yığmamızın Antalyada Qana millisi ilə keçirdiyi yoldaşlıq oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. SİA mütəxəssisin müsahibəsini təqdim edir:
- Əvvəlcə qarşılaşma haqda fikirlərinizi öyrənək...
- Maraqlı, dinamik oyun oldu. Komandamız çox hərəkəti idi və istək hiss olunurdu. Futblçular çox çalışırdı. Qana da zəif rəqib deyil. Hər iki komanda top uğrunda sona qədər mübarizə aparırdı. Millimizin heyətində yeni oyunçu çoxdur. Toplanışda cəmi dörd gün olublar. Komandanın yaxşı potensialı var.
- Əvvəlki müsahibənizdə bildirmişdiniz ki, hər toplanışda aşağı yaş qrupları üzrə komandalardan bir futbolçunu əsas milliyə dəvət edəcəksiniz. Bu komandada elə bir futbolçu varmı növbəti toplanışa dəvət edəsiniz?
- Sözsüz ki, gələcəkdə U-21-in bir neçə oyunçusunu əsas komandaya dəvət edəcəyik. Coşqun Diniyev, Elvin Camalov bu gün U-21-də çıxış etdi. Bu gün Taşkın İltərin də oyununu gördüm. Onun haqqında eşitmişdim. Gələcəkdə biz onu da əsas komandada görəcəyik.
- Nurlan Novruzovun sizin oyun sisteminizə uyğun gəlmədiyini bildirdiniz. Bu, futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Oyun sistemi deyəndə nəyi nəzərdə tutursunuz?
- Nurlan yaxşı futbolçudur. Ancaq mən sırf oyun sistemimə uyğun olan futbolçuları milliyyə dəvət etmişəm.
- Yəni sizə taran tipli hücumçu lazımdır?
- Mən elə hücumçu axtarıram ki, lazım olanda ön xətdə top saxlaya, boş mövqeyə çıxa bilsin. Dünən "Şaxtyor"la matçda Məhəmməd Qurbanov ilk dəqiqələrdə çətinlik çəkirdi. Amma sonra oyununu tapdı və məhsuldar ötürmə verdi. Ondan razı qaldım.
- Əsas millidə 4-1-4-1 sistemini tədbiq etdiniz. Aşağı yaş qruplarının baş məşqçiləri ilə söhbətinizdə bildirmisiniz ki, onlar da bu sistemdən istifadə etsinlər?
- Onda gərək klubların baş məşqçiləri ilə də danışım ki, onlar da həmin sistemlə oynasınlar. Ancaq dünən güclü rəqibə qarşı oyunda bu, özünü doğrultdu. Yəni, klubda bir, milli komandada digər sistemlə oynamaq problem yaratmır. Müdafiədə 4-1-4-1 sistemi ilə oynayırıq, hücuma keçəndə isə 4-3-3 taktikasına keçirik. Məncə, dünən bu sistemlə komanda yaxşı oynadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB