"AtaSığorta" ASC Azərbaycan kütləvi informasiya vasitələri əməkdaşları arasında stolüstü tennis üzrə idman yarışının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sığorta şirkətindən verilən məlumata görə, "Excelsior Hotel Baku" otelinin "Aura" sağlamlıq mərkəzində idmanın bu növü üzrə yarış keçilib. İdman yarışında ölkənin aparıcı mətbuat orqanlarının 20-yə qədər jurnalisti iştirak edib.
Yarışın qaliblərinə "AtaSığorta" tərəfindən sertifikatlar və hədiyyələr təqdim edilib. Tennis turnirində birinci yerə "Azadinform" agentliyinin baş redaktoru Niyaz Niftəliyev, ikinci yerə "Palitra" qəzetinin müxbiri İlkin Ağayev, üçüncü yerə "AzNew" saytının baş redaktoru Elçin Zahir oğlu layiq görülüb.
"AtaSığorta" ASC-nin idarə heyətinin üzvü Ramil Abdullayev deyib: "Daxili kommunikasiyalar planına görə 2015-ci ildə "AtaSığorta" ASC KİV nümayəndələri üçün müxtəlif tədbirlərin keçirilməsini planlaşdırır. Stolüstü tennis yarışının keçirilməsində məqsəd asudə vaxtın təşkili, idman tonusunun saxlanması və jurnalistlərin qeyri-rəsmi ünsiyyəti üçün şərait yaratmaqdır".
"Excelsior Hotel Baku" otelinin "Aura" sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov qeyd edib ki, sağlamlıq mərkəzində şirkətlərlə kollektiv idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. "İdman meydançası nəinki çətin iş günündən sonra yorğunluğu çıxarmaq, həm də sərbəst şəraitdə cari məsələləri müzakirə etmək üçün əla imkandır", - deyə Ş.Qədimov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB