Türkiyədə təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoldaşlıq oyunu keçirib. SİA-nın Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşan yığmamız oyuna Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qara sarğı ilə çıxıb. Qarşılaşmadan öncə Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Matçı belarusiyalı hakimlər briqadası idarə edib.
Yığmamızın heyətində ilk 11-likdə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov və Məhəmməd Qurbanov, "Şaxtyor"un heyətində Pyatov, Krivtsov, Ordets, Rakitski, Şevçuk, Stepanenko, Fred, Marlos, Kosta, Dentinyo və Adriano yer alıb.
Qeyd edək ki, qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.
Oyunun ilk 36 dəqiqəsində hər iki komandanın hesabı açmaq üçün şansları olsa da bundan yararlana bilməyiblər. Matçın 37-ci dəqiqəsində Duqlas Kosta yığmamızın qapısına yol tapıb. Yeddi dəqiqə sonra isə Namiq Ələsgərov hesabı bərabərləşdirib - 1:1. İlk hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın baş məşqçisi heyətdə əsaslı dəyişiklik edib. İkinci yarıda komandamızın qapısı Emil Balayevə tapşırılıb. Rəşad Sadıqovu Ruslan Abışov, Qara Qarayevi Coşqun Diniyev, Əfran İsmayılovu Elvin Məmmədov, Məhəmməd Qurbanovu Vüqar Nadirov, Cavid Hüseynovu Rəşad Eyyubov, Namiq Ələsgərovu Ağabala Ramazanov, Rahid Əmirquliyevi Elvin Camalov əvəzləyib. İkinci hissədə oyun daha sürətli keçib. Görüşün 67-ci dəqiqəsində İsmaili komandasının ikinci qolunu vurub-1:2. Oyun bu hesabla da başa çatıb. Yığmamız "Şaxtyor"a minimal hesabla məğlub olub.
24 fevral
18:00. Azərbaycan - "Şaxtyor" 1:2
Qol: Məhəmməd Qurbanov, 44; Duqlas Kosta, 37, İsmaili, 67
Azərbaycan: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov və Məhəmməd Qurbanov
"Şaxtyor": 30. Pyatov, 38. Krivtsov, 18. Ordets, 44. Rakitski, 13. Şevçuk, 6. Stepanenko, 8. Fred, 11. Marlos, 20. Kosta, 89. Dentinyo, 9. Adriano
Hakimlər: Vitali Sevostyanik, Sergey Qidreviç, Yevgeni Yuçeviç (Belarus)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB