Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün daha bir yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, komandamız Belarusun U-17 yığması ilə qarşılaşıb. Ukraynalı hakimlər briqadasının idarə etdiyi oyunun 5-ci dəqiqəsində rəqib futbolçu Lisakoviç hesabı açıb. Bundan 12 dəqiqə sonra isə o, dubl edərək komandasının 2-ci qoluna imza atıb. Matçın 40-cı dəqiqəsində Pilağa Mehdiyev hesab arasındakı fərqi azaldıb - 2:1. Bundan sonra qarşılaşmada heç bir komanda fərqlənməyib və oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, matçı AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB