2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtı müəyyənləşib. SİA-nın xəbərinə görə, bu mundialın oyunları dünya futbolu tarixində ilk dəfə olaraq noyabr-dekabr aylarında keçiriləcək. Bununla bağlı qərar FIFA-nın bu gün Qətərin paytaxtı Dohada keçirilən iclasında verilib. 6 konfederasiyanın bu qərara dəstək verdiyi bildirilir.
İlkin məlumata görə, DÇ-2022-nin final oyunun dekabrın 23-də keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, dünya çempionatının oyunları həmişə yay aylarında keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB