Yaşar Vahabzadə: "Bizim üçün bütün oyunlar ciddi sınaqdır" AÇIQLAMA
Antalyada yoldaşlıq görüşündə Qazaxıstan "Atırau" klubunu 2:1 hesabı ilə məğlub edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə qarşılaşmadan sonra oyun haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, yığmamızın oyununu belə şərh edib: "Mənim rəhbərliyim altında ilk oyunda qələbə qazandıq. Bu, yaxşı haldır. Çatışmazlıqlarımız, əsasən qol epizodları ilə bağlıdır. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. İlk yarıda belə epizodlar çox oldu. İkinci hissəyə futbolçular bir qədər arxayın başladılar. Bəzi futbolçuların fiziki hazırlığı lazımi dərəcədə deyildi. Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və nəticədə qələbə qazandıq.
Kənardan futbolçulara tez-tez tapşırıqlar verməyimə gəlincə, bəzi epizodlarda onlara irad bildirirdim. Oyunçunun fikri topda qalır, arxaya qayıtmağı və zonanı bağlamağı unudurdu. Əsasən müdafiədə yeni futbolçular var. Onlar bir-birləri ilə az oynayıblar.
Bizim üçün bütün oyunlar ciddi sınaqdır. Çalışacağıq ki, hər matçda əzmkarlıq göstərək. Mən futbolçulardan bunu istəyirəm. Onlar ilk görüşdə bunu bacardılar.
Əsas millinin düşərgəsində olan futbolçularımız zədə və ya digər problem yaşamasalar, "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana ilə görüşümüzdə iştirak edəcəklər. Həmin futbolçular gəlsələr, heyətdə müəyyən dəyişikliklər edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB