Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, millimiz Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. Oyunu türkiyəli hakimlər briqadası idarə edib. Yağışlı havada baş tutan matç yığmamızın qələbəsi ilə yekunlaşıb. Oyunun 31-ci dəqiqəsində Taşkın İlter rəqib qapısına yol tapıb. Qarşlaşmanın 54-cü dəqiqəsində isə Ayvar Nurbekov penaltini dəqiq yerinə yetirərək hesabda tarazlıq yaradıb. Matçın sonunda - 90-cı dəqiqədə Azər Salahlı millimizin qələbə qolunu vurub -2:1.
Qeyd edək ki, oyunu AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev və əsas millimizin baş məşqçisi Robert Prosineçkinin köməkçisi Yanko Yankoviç də izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB