Lənkəranda uşaq-gənclər şahmat məktəbləri arasında respublika birinciliyinin zona yarışları başa çatıb. Lənkəran Şahmat Məktəbindən əldə edilən məlumata görə, zona yarışlarında cənub bölgəsinin rayonları ilə yanaşı, Bakı şəhərini təmsil edən iki komanda da qələbə uğrunda mübarizə aparıb.
Yarışlar Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən dairəvi sistem üzrə keçirilib. On bir turdan ibarət olan və hər komandada 4 oğlan və 2 qız şahmatçının mübarizə apardığı yarışların yekununda bakılı idmançılar qalib gəliblər.
Zona yarışlarında birinci və ikinci yeri tutan komandalar respublika birinciliyinin finalında iştirak etmək hüququ qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB