Ruslan Abışov: "Millimizin oyununda müsbət istiqamətdə ciddi dəyişiklik olacaq"

Ruslan Abışov: "Millimizin oyununda müsbət istiqamətdə ciddi dəyişiklik olacaq"

Antalyada təlim-məşq toplanışında olan Azəbaycan milli komandasının və "Qəbələ"nin futbolçusu Ruslan Abışov jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, futbolçu hazırlıq prosesi və yeni baş məşqçi haqqında danışıb: "Robert Prosineçkinin rəhbərliyi altında məşqlərimiz uğurla davam edir. İnanıram ki, millimizin oyununda müsbət istiqamətdə ciddi dəyişiklik olacaq. Prosineçki insan kimi də çox yaxşı təsir bağışlayır. Əsas məqsəd martın 28-də Bakıda Maltaya qarşı keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına yaxşı hazırlaşmaqdır. Bu oyunda bütün diqqətimizi yalnız qələbə üçün kökləmişik. Son 2 gündə məşqlərin əsas istiqaməti hücum futboludur. Məşq prosesində standart vəziyyətlərə də çox diqqət ayrılır. Əminliklə deyə bilərəm ki, bundan sonra millimiz əsasən hücum futbolu nümayiş etdirəcək. Keçdiyimiz məşq presesində verilən tapşırıqlar, aparılan taktiki söhbətlər bunu göstərir.

Prosineçki ilə futbolçular arasında çox yaxşı münasibət var. O, fərdi və komanda şəkilində geniş söhbətlər edir, psixoloji baxımdan futbolçularda böyük inam hissi yaradır. Bu da gələcək qarşılaşmalarda nəticələrə təsirini göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə