Böyükağa Hacıyev: "Prosineçkinin komandanı müdafiədən oynatmaq fikri yoxdur"
"Millinin yeni baş məçqçisi Berti Foqtsdan köklü şəkildə fərqlənir. Robert Prosineçkinin komandanı müdafiədən oynatmaq fikri yoxdur. Məşqin gedişində verdiyi tapşırıqlardan bilinir ki, o, hücumlara geniş yer verir". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə milli komandanın Antalyada hazırlıq prosesini izləyən Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib. Mütəxəssis yeni baş məşqçinin hücum futboluna üstünlük verdiyini vurğulayıb: "Prosineçki futbolçuları xoşbəxtliyi rəqib qapısında axtarmağa çağırır. Buna görə də, hesab edirəm ki, azərbaycanlı azarkeşlər bu il uzun müddətdən sonra milli komandanın ifasında, nəhayət, hücum futbolu görəcək. Robert Prosineçki bu qaydada davam edərsə, komanda böyük uğurlar qazanacaq.
Təbii ki, onun fəlsəfəsini meydanda tətbiq etmək üçün zamana ehtiyac var. Prosineçki toplanışın ilk günündən çalışır ki, özünün futbol fəlsəfəsini komandaya tez bir zamanda aşılaya bilsin. Çox güman ki, buna nail olacaq. Onun gətirdiyi fiziki hazırlıq üzrə məşqçinin işi daha yaxşıdır. Yəni, əvvəlki məşqçilərdən fərqli olaraq, modern fiziki hazırlığa bir o qədər də fikir vermir. Bütün düşüncəsi komandanı düzgün hazırlamaqdır. Digər tərəfdən, Prosineçkinin komandanı texniki-taktiki planda hazırlaması hər şeydən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB