Antalyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində ilk yoldaşlıq oyununa çıxıb. SİA-nın məlumatına görə, millimiz İsveçrənin "Benfika" (Sürix, U-17) komandası ilə qarşılaşıb. U-16 rəqibini darmadağın edib. Belə ki, komandamız rəqibə 9 cavabsız qol vurub.
Millimizin heyətində Fərid Nəbiyev (2), Anıl Cilaz (8), Pilağa Mehdiyev (22), Bahadur Həziyev (23. 9), Elvin İmanlı (53), İbrahim Qədirzadə (56; 59) və Elçin Əsədov (62 – pen.; 66) fərqləmib.
Matçın 45-ci dəqiqəsində rəqib komandanın oyunçusuna qırmızı vərəqə göstərilib və baş məşqçilərin razılığına əsasən, onu başqa futbolçu əvəzləyib. Oyunun 77-ci dəqiqəsində isə Tural Əjdərli qırmızı vərəqə ilə cəzalandırılıb. Baş məçqçi Təbriz Həsənov T. Əjdərlinin əvəzinə meydançaya başqa futbolçu buraxmayıb.
Komandamız bir penaltidən isə yararlana bilməyib.
Qeyd edək ki, oyunu ukraynalı hakimlər briqadası idarə edib.
Millimizin heyəti:
AZƏRBAYCAN: 22. Məmməd Hüseynov, 19. Aslan Bədəlzadə, 3. Aqşin Hüseynov, 5. Elçin Əsədov, 4. Yusif Həsənov, 21. Anıl Cilaz, 15. Ceyhun Muxtarlı, 17. Bahadur Həziyev, 7. Fərid Nəbiyev, 10. Pilağa Mehdiyev, 11. Cavidan Qasımov
Ehtiyat oyunçular: 9. Elvin İmamlı, 1. Asim Abdullazadə, 6. İbrahim Qədirzadə, 24. Boris Babayev, 16. Ricat Qarayev, 2. Tural Əjdərli, 8. Ərziman Rizvanov, 18. Süleyman Əhmədov, 20. Emin Səfixanov, 23. Hacı Hacıyev, 12. Mir-Emil Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB