Antalyada təlim-məşq toplanışında olan futbol üzrə Azəbaycan milli komandası (A milli) bu gün "Gloria Serenity" otelinin futbol meydançasında ilk məşqinə çıxıb. SİA-nın məlumatına görə, baş məşqçi Robert Prosineçkinin rəhbərliyi ilə baş tutan hazırlıq prosesinə toplanışda iştirak edən bütün futbolçular qoşulublar.
Futbolçular R. Prosineçkinin başçılıq etdiyi məşqçilər korpusunun təlimatlarına əsasən, hazırlıq prosesinə kross qaçışı ilə başlayıb, isinmə hərəkətləri yerinə yetiriblər. Daha sonra müxtəlif təmrinlər icra olunub və məşq toplu çalışmalarla davam etdirilib.
Qeyd edək ki, Antalyada əsas milli komanda ilə yanaşı, Azərbaycanın U-21 və U-16 yığmaları da təlim-məşq toplanışı keçirlər. Hər 3 millimizin hazırlıq prosesi fevralın 26-dək davam edəcək.
Təlim-məşq toplanışı müddətində əsas milli komandamız fevralın 24-də "Şaxtyor" (Donetsk) klubu, U-21 fevralın 23-də Qazaxıstanın "Atırau" klubu, fevralın 25-də Qananın U-21 yığması, U-16 isə fevralın 21-də İsveçrənin "Benfika Clube de Zurique" klubunun U-17, fevralın 25-də Norveçin "Konnerud" klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

















Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB