İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. SİA-nın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları yarışıb.
İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 hesabı ilə məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi üzrə yığmamız Azərbaycan güləşində yeni tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma güləşi üzrə yığmamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamız rəqibindən üstün olub. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixdə ilk dəfə Dünya Kubokunun sahibi olub.
| A qrupu | FİNAL | |
|
AZƏRBAYCAN-İran 6:2 59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4 66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0 71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4 75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0 80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4 85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4 98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1 130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0 |
AZƏRBAYCAN-Rusiya 4*:4 (18:17) 59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3 66 kq - Həsən Əliyev - A.Surkov 5:1 71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0 75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8 80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1 85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə) 98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5 130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2 |
|
|
AZƏRBAYCAN-Almaniya 7:1 |
||
|
AZƏRBAYCAN-İsveç 7:1 59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0 66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2 71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe) 75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0 80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0 85 kq - İslam Abbasov - Jim Pettersson 2:0 98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1 130 kq - Sabah Şəriəti - Johan Euren 0:2 |
Yekun nəticə: 1. AZƏRBAYCAN 2. Rusiya 3. İran 4. Türkiyə 5. Macarıstan 6. isveç 7. Almaniya 8. Ermənistan |
Qarşılaşmaların videogörüntülərini təqdim edirik (Hər görüşün videosu bitdikdən sonra avtomatik olaraq növbəti qarşılaşmanın videosu göstərilir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB