Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan milli komandaları (Əsas, U-21, U-16) Antalyaya təlim-məşq toplanışına yollanıb. SİA-nın məlumatına görə, hər 3 komanda artıq "Gloria Serenity" mehmanxanasında məskunlaşıb.
Milli komandamızın və U-21-in öncədən açıqlanmış heyətində dəyişiklik edilib. Əsas milli komandada Rəşad Sadıqov ("Qəbələ") və Səlahət Ağayev ("İnter") zədəli olduqları üçün toplanışda iştirak etmirlər.
U-21-in toplanışına isə fevralın 24-də keçiriləcək Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – "Neftçi" oyunu ilə əlaqədar Samir Məsimov və zədəli olduğu üçün Elşən Abdullayev qatılmayıb. Hazırlıq prosesinə "Xəzər Lənkəran" klubundan Elnur Cəfərov cəlb olunub.
Təlim-məşq toplanışı müddətində əsas milli komandamız fevralın 24-də "Şaxtyor" (Donetsk) klubu, U-21 fevralın 23-də Qazaxıstanın "Atırau" klubu, fevralın 25-də Qananın U-21 yığması, U-16 isə fevralın 21-də İsveçrənin "Benfika Clube de Zurique" klubunun U-17, fevralın 25-də Norveçin "Konnerud" klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Əsas milli komandamızın baş məşqçisi Robert Prosineçki artıq ilk məşqin zamanını müəyyənləşdirib. Belə ki, komandamız bu gün oteldə bir neçə saat istirahətdən sonra məşqə çıxacaq. Millimiz yerli vaxtla saat 16:30-da ilk hazırlıq prosesinə başlayacaq. Məşqlər "Gloria Serenity" otelinin futbol meydançasında keçiriləcək.
Əsas milli komandamızın "Şaxtyor" (Donetsk) klubu ilə oyunu "Mardan" İdman Kompleksinin stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB