Bü gün "İRƏLİ" İctimai Birliyinin ofisində, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatı dəstəyi ilə "Gənclər Təşkilatları arasında Peyntbol İdman növü üzrə çempionat"ın püşkatma mərasimi baş tutub. Birlikdən SİA-ya verilən xəbərə görə, 20 gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə püşkatma prosesində çempionatın komandalar cədvəli müəyyənləşdirilib.
Qeyd edək ki, çempionat 1 mart 2015-ci ildə başlayacaq və Ümummilli Lider Heydər Əliyevin doğum günündə (10 may 2015-ci il) yekunlaşacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB