Az öncə başa çatan AZAL - "İnter" matçından sonra qalmaqal yaşanıb. Matçın son saniyələrində AZAL-ın futbolçusu Nicat Qurbanov rəqib futbolçuya qarşı kobud oynayıb.
Buna əsəbləşən "İnter"in məşqçilərindən biri ona çox sərt şəkildə etiraz edib. Ardınca məsələ böyüyüncə oyun 1 dəqiqəyə yaxın dayanıb. Baş hakim Fariz Yusifovun final fitindən sonra ara yenidən qarışıb. Belə ki, bu dəfə "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Qurbanovu hədələməyə başlayıb. İkinci də buna qarşılıq verincə bir anda ara qarışıb və qalmaqal dava-dalaş səviyyəsinə qədər gəlib çatıb. Bütün futbolçuların hadisə yerinə qaçması durumu kütləviləşdirib və ara daha da qızışıb. Yalnız soyunub-geyinmə otağına gedən dəhlizdə polislərin də köməyi ilə aranı sakitləşdirmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB