Yığma komandamız yoldaşlıq oyununda məğlub olub

Yığma komandamız yoldaşlıq oyununda məğlub olub

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, millimiz Belarus yığması ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə