UEFA "Qarabağ" klubunun apellyasiya şikayətinə baxdı

UEFA "Qarabağ" klubunun apellyasiya şikayətinə baxdı

Avropa Liqasının qrup mərəhələsinin VI turunun "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) oyununda Ağdam təmsilçisinin qaydalar çərçivəsində vurduğu qolun qeydə alınmaması ilə bağlı "Qarabağ" klubu tərəfindən UEFA-ya edilən şikayət təmin edilməmişdi. "Qarabağ"ın səlahiyyətli nümayəndəsi, idman məsələləri üzrə ixtisaslaşmış vəkil Qürur Qaye Ünal yenidən qərardan şikayət olunması ilə bağlı vəsadət qaldırmışdı. SİA-nın məlumatına görə, "Qarabağ"ın mətbuat xidməti klubun rəsmi saytı vasitəsilə bu gün apellyasiya şikayətinə baxılaraq qərar qəbul edildiyi barədə xəbər yayımlayıb. Xəbərə görə, UEFA-nın Apellyasiya Komitəsinin iclasında qəbul olunmuş qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi, bunun oyun qaydalarının pozulması ilə uzlaşmadığı ifadə olunub. Oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalanması barədə qərarın hakimlərlə bağlı müvafiq qurum tərəfindən veriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə