Məmmədyarov məğlub olub, Rəcəbov heç-heçə edib

Məmmədyarov məğlub olub, Rəcəbov heç-heçə edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran-pri" turnirində ikinci turun oyunları yekunlaşıb. SİA-nın məlumatına görə, ilk turda rəqibini məğlub edən Şəhriyar Məmmədyarov ikinci turda özü məğlubiyyətlə üzləşib. Özbəkistan təmsilçisi Rüstəm Kasımcanovla qarşılaşan həmyerlimiz 40-ci gedişdə rəqibinə təslim olub. Digər şahmatçımız Teymur Rəcəbov isə gürcüstanlı Baadur Cobava ilə sülh bağlayıb.

Bu turda digər qarşılaşmalar da heç-heçə ilə nəticələnib:

Dmitri Cakovenko 0.5 - 0.5 Yevgeni Tomaşevski

Aleksandr Qrişuk 0.5 - 0.5 Dmitri Andreykin

Aniş Qri 0.5 - 0.5 Maksim Vaşe-Laqrav

Lenyer Dominqes 0.5 - 0.5 Pyotr Svidler

İki turdan sonra Qrişuk,Tomaşevski və Qri 1.5 xal, Kasımcanov, Məmmədyarov, Andreykin, Rəcəbov, Jakovenko və Dominqes 1 xal,Vaşe-Laqrav, Svidler və Cobava isə 0.5 xal toplayıb.

Üçüncü turda Teymur Rəcəbov Pyotr Svidlerə qarşı, Şəhriyar Məmmədyarov isə Dmitri Andreykinə qarşı oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə