Bu gün “Xəzər Open"in sonuncu turu keçiriləcək

Bu gün “Xəzər Open"in sonuncu turu keçiriləcək

İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq "Xəzər Open" şahmat festivalının başa çatmasına bir tur qalıb. SİA-nın məlumatına görə, A turnirində mübarizə aparan təmsilçilərimizdən Azər Mirzəyev 8-ci turda yerli oyunçu Amirezza Pourramezanali ilə heç-heçə edərək 6 xalla 3-6-cı yerləri bölüşdürür. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz Ramil Əlləcov 5 xalla 20-ci, Qulam Məmmədov isə eyni xalla 22-ci yerdədir. Rəşad Zeynallı və Nərmin Kazımova isə hərəyə 4.5 xal toplayaraq 26-cı və 35-ci pillədə qərarlaşıblar.

B qrupunda mübarizə aparan həmyerlimiz Mirmusa Feyziyev 8 oyundan 7 xal toplayaraq liderlər sırasındadır. Məhəmməd Muradlı, Murad İbrahimli və Vəli Zeynalzadə isə hərəyə 5.5 xal toplayaraq 21-24-cü yerləri bölüşdürürlər.

C qrupunda iştirak edən təmsilçilərimizdən Aytac Heydərova aktivinə 5 xal yazaraq ilk onluqda qərarlaşıb. Xatun Bağırova ,Sona Hüseynova və Ləman Hüseynova hərəyə 4.5 xal toplayaraq 13-16-cı yerləri bölüşdürürlər.

D qrupunda oyunlar başa çatıb. Bu qrupda mübarizə aparan şahmatçılarımızdan ən yaxşı nəticəni Süsən Məmmədova göstərib. S. Məmmədova 9 oyundan 6.5 xal toplayaraq 5-ci yerə çıxıb. Rəfail Manafov və Murad Musayev isə aktivlərinənə 6 xal yazaraq 12-13-cü yerləri bölüşdürüblər.

Xatırladaq ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir və bu gün sonuncu turun oyunları baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə