“Qəbələ”nin futbolçusu millinin toplanışında iştirak edə bilməyəcək

“Qəbələ”nin futbolçusu millinin toplanışında iştirak edə bilməyəcək

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. SİA-nın məlumatına görə, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək. "Qəbələ" klubundan yığmaya çağırılmış Qismət Əliyev zədəli olduğu üçün toplanışda iştirak edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə