Fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. SİA-nın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edəcək.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparacaq. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları yarışacaq.
Dünya Kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında heyətdə 12 güləşçimiz yer alıb. Yarışlarda ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Həsən Əliyev, Kamran Məmmədov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, fevralın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda güləşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz ilk dəfə 3-cü yeri tutmaqla yeni tarix yazmışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB