"Sərhədçi" İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. Çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Ölkəmizin bütün rayon və şəhərlərindən 148 pəhləvanın mübarizə apardığı yarışda Azər Nəsibli (50 kq), Ramiz Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), İslambek Dadov (66 kq), Mehrac Kərimov (74 kq), Elton Vəzirzadə (84 kq), Soslan Fanziyev (96 kq) və Zamir Məmmədov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif edilib və yığma komandanın heyətinə cəlb olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB