Binəqədi rayonunda, 9-cu mikrorayon Cavadxan küçəsi 51 ünvanında "Sparta" idman klubunun yeni trenajor zalı istifadəyə verilib. Açılış mərasimində qonaqlara idman zalında yaradılan şərait, o cümlədən həkim və məşqçi, soyunub-geyinmə otaqları, idman avadanlığı, trenajor alətləri haqqında ətraflı məlumat verilib.
Tədbirdə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışılıb, belə zalların istifadəyə verilməsinin əhalinin idman və bədən tərbiyəsi ilə mütəmadi məşğul olmasına, gənclərimizin asudə vaxtının səmərəli təşkilinə xidmət etdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB