Hokkeyçilərimiz Fransa komandasına qalib gəlib

Hokkeyçilərimiz Fransa komandasına qalib gəlib

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Dünya Hokkey Liqasının II raundunda mübarizə aparmaqda davam edir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığmamız fevralın 15-də ikinci qarşılaşmada Fransa komandasına 3:2 hesabı ilə qalib gəlib. B qrupunda mübarizə aparan yığmamızın növbəti oyunu fevralın 17-də Keniya komandası ilə olacaq.

Xatırladaq ki, komandamız ilk qarşılaşmada Trinidad-Tobaqoya 5:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə