Yığma komandanın heyətində dəyişiklik

Yığma komandanın heyətində dəyişiklik

Xəbər verdiyimiz kimi, fevralın 14-dən etibarən Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir. SİA-nın məlumatına görə, hazırlığa cəlb olunan futbolçuların siyahısında dəyişiklik baş verib. Nadir Qasımov ("İnter") zədəli olduğuna görə, Samir Əliyev ("Bakı") isə səhhəti ilə əlaqədar toplanışda iştirak etməyəcək. "Qarabağ" klubunun üzvü Hacı Hacıyev isə bu gündən etibarən toplanışa qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə