Arif Əsədov: "Rəqibin səhvlərindən yaxşı yararlandıq"

Arif Əsədov: "Rəqibin səhvlərindən yaxşı yararlandıq"

Topaz Premyer Liqasının XXII turu "Neftçi" üçün uğurlu alın0ıb. SİA-nın məlumatına görə, Arif Əsədovun komandası səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə danışıb:

Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "Bilirdik ki, "Qəbələ" iki görüşdür məğlub olur. Rəqibin bu matça son şans kimi baxdığını düşünürdüm. "Qəbələ" oyuna çox yaxşı başladı. Amma sonradan komandam vəziyyəti düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən "Neftçi" qələbə qazandı. Bu gün "Neftçi" yaxşı oyunlarından birini sərgilədi. Qarşıda daha yaxşı oyunlarımız olacaq. Topa nəzarət oyunun dönüş nöqtələrindən oldu. Rəqibin səhvlərindən yaxşı yararlandıq".

Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Elə bir oyunda məğlub olduq ki, bunu düşünmürdük. Bunu ilk hissədə sərgilədiyimiz oyuna əsaslanıb deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu təhlil edəcəyik. Viktor Mendi cərimə meydançasında yıxıldığı zaman qol vəziyyəti yaranmışdı. Burada qayda pozuntusunun olub-olmadığını deyə bilməyəcəyəm. Sadəcə vurğulayım ki, həmin vaxt qol epizodu yaranmışdı.
Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil. Mənim gətirdiyim oyunçular isə bu gün əsas heyətdə oynadılar və lazım gələni etdilər. Bizim qol epizodlarımız oldu. Əlbəttə ki, yaradılan epizodlardan maksimum yararlanmağımızı istərdik. Yəqin ki, növbəti oyunlarda bu da olar".

Bütün xəbərlər Facebook səhifəmizdə