Qurban Qurbanov: "Bu komandaya qarşı oynamaq çox çətindir"

Qurban Qurbanov: "Bu komandaya qarşı oynamaq çox çətindir"

Sonuncu çempion "Qarabağ" klubu Topaz Premyer Liqasının XXII turunda "Simurq"u 1:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Yaxşı komandaya qarşı oynayırdıq. Qış fasiləsindən sonra "Simurq" çox yaxşı təsir bağışlayır. Bu komandaya qarşı oynamaq çox çətindir. Bu gün dediklərimin canlı şahidi olduq. Çox çalışdıq. Qalib gəldiyimiz üçün şadam. Azərkeşləri təbrik edirəm".

Georgi Çixradze ("Simurq"un baş məşqçisi): "Birinci hissədə bir qədər zəif təsir bağışladıq. İkinci hissədə komandam daha yaxşı oynadı. Futbolçularım daha istəkli idi. Bir neçə qol epizodumuz oldu. Amma çox təəsüf qol vura bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə