U-16 təlim-məşq toplanışına başlayıb

U-16 təlim-məşq toplanışına başlayıb

Fevralın 14-də 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Bakıda təlim-məşq toplanışı başlayıb. Toplanışda Asim Abdullazadə, Samir Əliyev (hər ikisi "Bakı"), Məmməd Hüseynov, Süleyman Əhmədov (hər ikisi "Qarabağ"), Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı "Neftçi"), Tural Əjdərli, Fərid Nəbiyev, Aqşin Hüseynov, Cavidan Qasımlı, Elvin İmanlı (hamısı "Qəbələ"), Mir-Emil Həsənov, Ceyhun Muxtarlı, Nadir Qasımov (hər üçü "İnter"), Ricat Qarayev ("Əlincə"), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi "Xəzər-Lənkəran"), Ərziman Rizvanov, Emin Səfixanov (hər ikisi "Sumqayıt"), Boris Babayev (DYUŞ 15, Kiyev, Ukrayna), Kamran Karaxanov (DYUŞ, Minsk, Belarus) və Kamran Nəcəfəliyev (SŞİ, Daşkənd, Özbəkistan) iştirak edirlər.

Toplanışa fevralın 19-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə