Minsk şəhərində keçirilən sambo üzrə Dünya Kubokunda mükafatlar uğrunda 18 ölkədən idmançılar mübarizə aparıb. SİA-nın məlumatına görə, fevralın 11-13-də baş tutan yarışda samboçular ümumilikdə 22 dəst medalların sahiblərini müəyyənləşdiriblər. Turnirdə Azərbaycan milli komandasının üzvləri də çıxış edib. Yığmamızın heyətində "Qəbələ" İdman Klubu da təmsil olunub.
Nüfuzlu turnirdə klubun 3 qadın samboçusu qüvvəsini sınayıb. Onlardan ikisi fəxri kürsüyə yüksəlib. 60 kq çəki dərəcəsində Şəhanə Hüseynova, 68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə Dünya Kubokunda 3-cü yeri tutub.
Qeyd edək ki, Belarusdan medalla dönən hər iki samboçu, həmçinin Dünya Kubokunun Qazaxıstanın Almatı şəhərindəki əvvəlki mərhələsində gümüş mükafat qazanan Fəridə Qurbanova iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin şərəfini qorumağa əsas namizədlərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB