AZAL PFK-nın yarımmüdafiəçisi Eduardo Konseysao Masiel (Edu) Türkiyədə xəstəxanadadır. SİA-nın məlumatına görə, braziliyalı legioner Ankarada "İbn Sina" xəstəxanasında həkim Mehmet Binnət tərəfindən əməliyyat olunub. Sağ dizinin ön çarpaz bağları qopmuş Edunun iki saat çəkən əməliyyatı uğurlu bitib və futbolçu fevralın 17-də Azərbaycana dönəcək. Növbəti iki ay ərzində əsa ilə hərəkət edəcək və özəl xəstəxanaların birində müalicəsini davam etdirəcək orta xətt oyunçusu yalnız 4 ay yarımdan sonra komanda ilə birgə məşqlərə qatıla biləcək. İstənilən halda cari mövsüm Edu üçün artıq başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB